Psixologiya Kursu Baslayir!

Psixologiya sahəsində kariyera qurmaq istəyənlər, bu sahə üzrə təhsil alan tələbələr, biliklərini artırmaq istəyən psixoloqlar, təhsil sahəsində çalışan pedaqoqlar və övladlarının psixoloji inkişafına dəstək olmaq istəyən valideynlər üçün unikal fürsət! Uşaq Psixologiyası Kursuna qeydiyyat başladı!

Kursun ümumi təsviri:
Dərslər 5-6 nəfərlik kiçik qruplar şəklində təşkil edilir və 4 ay müddətində, həftədə 2 dəfə 1.5 – 2 saat ərzində keçirilir. Tədris tamamilə sıfırdan, real təcrübələrə əsaslanan praktiki üsullarla aparılır. Dərslər həm canlı, həm də onlayn formatda tədris edilir.

Təlimdə iştirak 2 formada mümkündür:

  1. 2 aylıq intensiv proqram – Uşaq psixologiyası dərsləri. Təlimin sonunda rəsmi sertifikat təqdim edilir.
  2. 4 aylıq tam proqram – Uşaq psixologiyası + 1 ay ABA terapiya + 1 ay praktika. Təlimin sonunda rəsmi diplom əldə edirsiniz.
  • Psixologiya elminə giriş
  • Psixologiyanın predmeti
  • Temperament tipləri
  • Yaş böhranları və yaş dövrləri
  • Uşaqlarda idrak və psixo-motor inkişaf
  • Aktiv dinləmə və özünü ifadə etmə bacarıqları
  • Sosial və emosional inkişaf
  • Cinsi tərbiyə və uşaqlardakı maraqlar
  • Ailədə emosional münasibətlərin diaqnostikası
  • Psixoseksual inkişaf mərhələləri
  • Ailə tərbiyə üsulları
  • Conner’s müəllim dəyərləndirmə testi
  • Yeniyetməlik dövrü və psixoloji dəyişikliklər
  • Yeniyetmələrdə özgüvən problemi
  • Valideyn-övlad münasibətləri
  • Uşaqlarda həyəcan və davranış problemləri

Terapiya üsulları və psixoloji texnikalar

  • Art terapiya: Art terapiya texnikaları, qum terapiyası, musiqi terapiyası, nağıl terapiyası və onun yaş qruplarına uyğun tətbiqi
  • Oyun terapiyası: Oyunların seçilməsi, vaxt bölgüsü və oyuncaqların psixoloji mənası
  • Rəsm terapiyası: Rənglərin psixoloji təsiri, rəsmlərin analizi və problemlərin aşkarlanması
  • Koqnitiv Bihevyoral Terapiya (CBT)
  • Kids Skills (Finlandiya terapiyası)
  • Diqqət əksikliyi və hiperaktivlik pozuntusu
  • Aqressiya, qorxular, fobiyalar, selektiv mutizm, özgüvən və utancaqlıq problemləri

ABA Terapiya (Tətbiqi Davranış Analizi)

  • Lovaas metodu və problemli davranışların analizi
  • Valideyn və müəllim vəzifələri
  • Autizm spektr pozuntusu və erkən diaqnostika
  • Nitq problemləri və onların həlli yolları
  • Mükafatlandırma və cəza sistemi
  • Autizmli və psixi inkişaf ləngiməsi olan uşaqlarla çalışma metodları
  • İmpressiv və ekspressiv nitq inkişafı

Kursun 5 əsas üstünlüyü

  1. Uşaq psixologiyası və psixoloji problemlərin korreksiyası sahəsində dərin biliklərə yiyələnəcəksiniz.
  2. Tədris zamanı PDF materialları və dərs qeydləri əldə edəcəksiniz.
  3. Təlim müddətində və bitdikdən sonra müəllim dəstəyi davam edəcək.
  4. Hər dərs sonrası video materiallar təqdim ediləcək.
  5. Təlimi uğurla tamamlayanlara rəsmi Diplom və ya Sertifikat təqdim ediləcək